Dilan Polatın məhkəməyə aparıldığı görüntülər - Fotolar

Noyabrın 1-də saxlanılan türkiyəli sosial media fenomeni Dilan Polat və həyat yoldaşı Engin Polat məhkəməyə çıxarılacaq.

Gununsesi.info türk mediasına istinadən xəbər verir ki, ilkin dindirmələri tamamlanan Dilan və Engin Polat cütlüyü Anadolu Ədliyyəsinə sövq edilib.

Əməliyyat çərçivəsində 24 şübhəli saxlanılıb. 40 səhifəlik suallar verilən Polat cütlüyü ilə birlikdə nəzarətə alınan 18 şübhəli bu gün səhər saatlarında ədliyyəyə göndərilib. Digər gözaltına alınan 6 şübhəlinin ilkin istintaq dindirmələri davam etdirilir.

Qeyd edək ki, Dilan Polatın bacısı Sıla Doğu, Engin Polatın qardaşı Kürşat Polat, mühasib Beyza Ekici, maliyyə işlər məmuru Ahmet Gün də saxlanılanlar arasındadır.

Xatırladaq ki, bir müdddət öncə Dilanla Enginin əmlakları müsadirə olunaraq ölkədən çıxışına qadağa qoyulmuşdu.Bundan əlavə, onların birinci və ikincidərəcəli qohumlarının da əmlakı müsadirə edilmişdi.

Eyni zamanda, bir çox gözəllik mərkəzi olan Dilan və Enginin vergi borcları olduğu bildirilir.

Cinayət törətmək məqsədi ilə təşkilat yaratmaq, çirkli pulların yuyulması və vergi qanunlarını pozmaq cinayətləri ilə barələrində həbs qərarı çıxarılan Dilan və Engin Polat cütlüyünə qarşı keçirilən əməliyyatda 17 şübhəli saxlanılıb.