
Noyabrın 1-də saxlanılan türkiyəli sosial media fenomeni Dilan Polat və həyat yoldaşı Engin Polat məhkəməyə çıxarılıb.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, məhkəmədə ifadələri alınan Dilan Polat, Engin Polat və Sıla Doğu da daxil olmaqla 12 nəfərin həbsinə, 6 nəfərin isə məhkəmə nəzarəti şərti ilə azadlığa buraxılmasına qərar verilib.
Xatırladaq ki, Dilan Polatın bacısı Sıla Doğu, Engin Polatın qardaşı Kürşat Polat, mühasib Beyza Ekici, maliyyə işlər məmuru Ahmet Gün də saxlanılanlar arasındadır.
Bir müdddət öncə Dilan Polatla ərinin var-dövləti müsadirə edilib. İkiliyə, həmçinin ölkəni tərk etmək qadağası qoyulub. Bundan əlavə, onların birinci və ikincidərəcəli qohumlarının da əmlakı müsadirə edilib.
Cütlük Türkiyədə və bir çox ölkələrdə gözəllik salonları şəbəkəsinə sahibdir, həmçinin kosmetik məhsulların istehsalı ilə məşğul olurlar. Onların iki övladı var.
Gununsesi.info