
Azərbaycan Mədəniyyət və İncəsənət Unuversitetinin müəllimidir, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında doktoranturada təhsil alır, sənətşunasdır, Rəssamlar İttifaqının üzvü, Prezident təqaüdçüsüdür.
Gununsesi.info-nun xəbərinə görə sentyabrın 30-da V Bakı Beynəxalq Humanitar Forum çərçivəsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Muzey Mərkəzinin Sərgi qalereyasında keçirlən sərginin və “Tolerant Azərbaycan Gənci” Layihəsinin rəhbəridir.
Dilarə xanım, layihənin keççirilməsində məqsəd nə idi?
Layihənin məqsədi Azərbaycanda yaşayan istedadlı gənc rəsam və heykəltaraşların , ümumilikdə yaradıcı gənclərin Azərbaycanda mövcud olan tolerant multikultural mühitin geniş ictimaiyyətə çatdırılmasıdır. Eyni zamanda Azərbaycanda olan bu mühitin geniş məfhumda digər ölkələrdə də təqdimatı və tanıdılmasıdır. Layhəni Gənclər Fondunun qrant müsabiqəsinə təqdim etdim və Şura tərəfindən müsbət dəyərləndirildi. Bundan sonra müəyyən qurumlarla əməkdaşlığa başladım. Hələlik yerli istedadlarla işləyirik. Burada sırf Azərbaycan gənclərinin iştirakı nəzərdə tutulurdu. Lakin daha sonra Azərbaycanda təhsil alan bir neçə ölkənin gəncləri də bu layihəyə qoşuldular. Onlar da özlərində tolerantlıq hissi duyduqlarından, eləcə də bizdə yaşayan xarici olkə vətəndaşlarına qarşı gördükləri xoş münasibətdən bəlkə də özlərini azərbaycanlı kimi hiss edib, layihədə iştirak etdilər. “Tolerant Azərbaycan gənci” layihəsinin məqsədi ölkəmizdə mövcud olan milli, etnik, irqi, dini tolerantlığın geniş ictimaiyyətə çatdırılmasına yaradıcı gənclərin cəlb olunmasıdır. Bununla yanaşı, Azərbaycanın tolerantlıq modelinin dünyanın inkişaf etmiş ölkələrinə nümunə kimi təqdimatıdır.Layihə çərçivəsində ilk növbədə Bakıda yaradıcı gənclər arasında təsviri sənətin rəngkarlıq, qrafika və heykəltaraşlıq növləri üzrə müsabiqə elan olunub. Təqdim olunmuş 150-ə yaxın əsərdən təxminən 100-ü müsabiqəyə buraxılıb və Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda nümayiş etdirilib. Rəngkarlıq nominasiyası üzrə I yerə Zərnişan Yusifin müəllifi olduğu “Dini bərabərlik insan bərabərliyidir” əsəri, qrafika nominasiyası üzrə I yerə Nərmin Abdullayevanın müəllifi olduğu “Bir günəş altında” əsəri, heykəltaraşlıq nominasiyası üzrə I yerə Sənan Cəfərovun “Tolerantlıq” heykəli layiq görülüb
Bu sərgidə ilk dəfə iştirak edənlər həvəskarlar var idimi?
-Bəli, var idi. Çünki biz bu layihdə təkcə rəssamlıq üzrə təhsil alanları deyil, həvəskarların da iştirak etməsinə yardımçı olduq. Eyni zamanda müxtəlif universitetlərin tələbələrinin də iştirak etməsinə etiraz etmədik. Layihənin şərtlərinə əasən, 16-35 yaş arası hər kəs bu müsabiqədə iştirak edə bilərdi. Beləliklə, 300-dək istedadlı gənc öz əsəriylə tamaşaçı qarşısına çxdı.
Onların hamısı peşəkar rəssamlıqla məşğuldurlar?
– Xeyir. Həvəskarlar da vardı. Onların arasından eləsi vardı ki, ilk dəfə sərgidə geniş ictimaiyyət qarşısında çıxış edirdilər. Bu layihə həm də istedadlı gənclərin üzə çıxması üçün bir növ vasitəydi.
İndiyədək bu yöndə gənclərə dəstək layihələri həyata keçirilibmi?
-Bəli. İndiyədək gənclər arasında “Gənc istedadlar”, “Ənənə və müasirlik” mövzusunda müxtəlif sərgilər keçirilib. 2015-ci ildən isə toleyrantliq movzusunda sərgilər təşkil edirik. –
Sərgi qonaqlar tərəfindən necə qarşılandı?
-Çox müsbət qarşılandı. Xüsusilə də xarici qonaqlar tərəfindən. Onlar sərgiyə daxil olarkən əsərlər onları valeh etdi. Çünki Azərbaycanda olan mühit əyani olaraq, onlara çatdırılırdı.
Sərgidə nümayiş etdirilən əsərləri şəxsi kolleksia üçün almaq istəyənlər oldumu?
-Bəli, istəyənlər və maraq göstərənlər də oldu. Lakin biz layihə çərçivəsində satışla məşğul olmuruq. Maraq göstərənlər birbaşa müəlliflərə müraciət edirlər.
Dilarə xanım, bu movzuda layihələri yenə davam etdirəcəksinizmi?
– Təbii… Tolerantlıq movzusunda bu, bizdə 7-ci sərgidir. Bundan əvvəl isə Rəssamlar İttifaqında sərgi təşkil etmişik. Eləcə də Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycandakı toleyrant multikultural mühiti nümayiş etdirdik. Ən yaddaqalan hadisələrdən biri də Bakıda keçirilən Avropa Oyunlarında Atletlər kəndində keçirilən təsviri-sənət sərgisindəki yeganə Azərbaycan gəncinin sərgisi oldu. Orada müxtəlif ölkələrin və dinlərin nümayəndələri iştirak edirdi. Sərgi orada iştirak edən qonaqlar tərəfindən böyük maraqla qarşılandı. Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində “Bilik günü” münasibətiylə də sərgi keçirdik. YUNESKO-da keçirilən Beynəlxalq Forumda iAzərbaycanı təmsil etdim. Orada mən belə bir təkliflə çıxış etdim ki, belə bir layihənin – yəni dünyanın bir çox ölkılrində yaşayan gənclərin sərgisini təşkil edə bilərik. Yəni YUNESKO-ya üzv olan ölkələrin gəncləri arasında Tolerantlıq günündə – 16 noyabrda YUNESKO-nun Baş Qərargahında keçirmək olar. Necəki Azərbaycanda bu müsabiqə elan olundu. Ən yaxşıları seçildi və kataloq hazırlandı, daha sonra sərgi keçirildi. YUNESKO-da belə bir müsabiqə keçirsin, Baş qəragahda nümayiş olunsun. Bu Azərbaycan tərəfindən təklif kimi verildi.
Təklif necə qarşılandı?
– Onlar tərəfindən müsbət qarşılandı. 2016-cı il ölkə prezidenti tərəfindən Multikulturalizm İli elan edilib. Bununlada bağlı müxtəlif mühüm tədbirlər keçirilir. Uşaqlar arasında iyunun 1-də 6-16 yaş arasında sərgi keçirdik. Əsərləri müsabiq yolu ilə seçdik. Hər iki sərgi Dini Qurumlarla İş Üzrə dövlət komitəsinin təşkilatçılığı və multukuturalizm mərkəzinin təşkilatçılığı ilə Muzey Mərkəzində keçirildi.
Bu sərgilərin məhdud çərçivədən çıxıb modern üsulla nümayişlərini də keçirirsinizmi? Deyək ki, metro və yeraltı keçidlərdə…
-Ola bilsin ki, gələcək üçün bu haqda düşünək.
Azərbaycanda rəssamların təbliğini necə dəyərləndirirsiniz?
-Azərbaycanda müasir dövrdə rəssamlara çox böyük diqqət və qayğı var. Mütəmadi olaraq, çoxlu sayda sərgilər keçirilir. Ölkə daxilində və xaricdə Azərbaycan incəsənətinin təbliği və inkişafı üçün yaddaqaln tədbirlər həyata keçirilir. “Qız Qalası” Beynəlxalq festivalları keçirilir. Burada yerli sənət adamlarıyla birlikdə xaricdən gələn sənət adamalrı da öz öşlərini nümayiş etdirirlər.
Tolerantlıqla bağlı belə sərgilərin dinlərin daha çox qovuşduğu ölkələrdə keçirilməsini də düşünürsünüzmü?
-Hal-hazırda “Tolerant Azərbaycan gənci” layihəsinin davamlı olaraq, gənclər arasında beynəlxalq səviyyədə kçiriləcək. Layihənin müəllifi və rəhbəri yenə mən olacam. Burada Rəssamlıq Akademiyasının, Mədəniyyət və İncəsənət Universitetinin tələbələri də iştirak edəcək, eyni zamanda dünyanın müxtəlif ölkələrinin bü yönlü təhsil ocaqlarının tələbələri də.
Bu sərgidə müsabiqənin qalibləri üçün hansı dəstəklər göstəriləcək?
– Müsabiqədə 300-dək gənc iştirak etdi. Münsiflər onların təqdim etdiyi əsərləri arasından seçim etdi. Münsiflər arasında rəssamlarla yanaşı miltukultural mütəxəsislər də vardı. Bu layihədə 6 nəfər fərqənən iştirakçı oldu. Onlardan 3-ü 1-ci yerə, 3-ü isə fərlənmə diplomu ilə təltif olundular. 1-ci yeri tutan qaliblər Vyanada təşkil ounan sərgidə təmənnasız iştirak etmə hüququ qazandıar. İkinci dərəcəli diplomların sahiblərinə isə ən yaxşı ideya mükafatı verildi. Onların arasında 15 yaşlı gənc qız da vardı. O qrafika janrında işləmişdi. Ona isə “Ən gənc istedad” xüsusi diplomu verildi.
Yeni layihələrinizdə peşəkarlarında əl işlərinin sərgisini də təşkil etməyi planlaşdırısınızmı?
-Bəli. 6-16, 16-35 yaş arası insanların əl işlərinin müsabiqə və sərgisindən sonra növbəti layihə professional Azərbaycan rəssamlarının multikultural, tolerantlıq mövzusunda əsərlərindən ibarət sərginin keçirilməsini planlayırıq. Bu layihə “Multukulturalizm diyarı Azərbaycan” adlanır. Burada 20-21 ci əsr rəssamlarının işləri nümayiş etdiriləcək. Bu da onu göstərir ki, Azərbaycanda multukultural ənənələr illərə, əsrlərə dayanır.
Gülnaz Qənbərli
Gununsesi.info