Dilarə estetik əməliyyat keçirib? – FOTO

  • By admin
  • 08 Noyabr 2019 14:52

Mənə tez-tez sual verirlər ki, estetik əməliyyat keçirmisiniz? Buna yeganə cavabım budur: Xeyr!”

Gununsesi.org xəbər verir ki, bu sözləri cazibədar müğənni Dilarə Kazımova şəxsi “Instagram” hesabında yazıb.

Dilarə ona izləyicilər tərəfində tez-tez ünvanlanan “Estetik əməliyyat etdirmisiniz?” sualına cavabında əməliyyatdan qorxduğunu qeyd edib.

“Əməliyyat proseslərinin hər birindən ehtiyat edirəm. Bunu müəyyən faktlara əsaslanıb edirəm. Özümü olduğum kimi sevirəm. Ancaq üzərimdə işləməyə də davam edirəm. Məqsədim bu gün dünənkindən daha yaxşı olmaqdır. Sizə isə kiçik məsləhətim: özünüzü sevin.

Hər cərrahi, estetik müdaxilə bir fəsada çevrilə bilər. Sadəcə, üzərinizdə çalışın. İdeal olmaq bizim öz əlimizdədir. Biz heç nədən sığortalı deyilik. İllər keçər, bəlkə, mənim də estetik əməliyyata ehtiyacım olar. O zaman edərəm və məni narahat edən məqamdan azad olaram”.

View this post on Instagram

Mənə tez-tez sual verirlər: "Estetik əməliyyat keçirmisiz? Buna yeganə cavabım budur: "Xeyr!" Səbəblərini indi sizə sadalayıram. 1. Mən əməliyyat prosesslərinin hər birindən ehtiyat edirəm. Bunu müəyyən faktlara əsaslanıb edirəm. 2. Mən özümü olduğum kimi sevirəm. Ancaq üzərimdə işləməyə də davam edirəm. Məqsədim, bu gün dünənkindən daha yaxşı olmaqdır. Sizə isə kiçik məsləhətim ÖZÜNÜZÜ SEVİN ❤️Hər cərrahi, estetik müdaxilə bir fəsada çevrilə bilər. Sadəcə üzərinizdə çalışın. İdel olmaq bizim öz əlimizdədir. PS. Biz heç nədən sığortalı deyilik. İllər keçər, bəlkə mənim də estetik əməliyyata ehtiyacım olar. O zaman edərək. Və məni narahat edən məqamdan azad olaram.🙏☺️💛 @zumrudbadalova @renka_black_angel @turkanmemmedli_tm 🤣☺️😅 📷📸 by @alyar.photographer 👌🏻 #dilara #dilarakazimova #dilarakazımova #fikirler #biz #baku #azerbaycan

A post shared by D I L A R A (@dilarakazimova) on

Qeyd edək ki, 35 yaşlı ifaçı Dilarə Kazımova Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasını bitirib. İkinci təhsilini incəsənət gimnaziyasında alıb. Sənətçi ilk addımlarını “Milk and kisses” qrupu ilə atıb. Daha sonra solo karyerasına başlayıb. Dilarə 2014-cü ildə Danimarkada keçirilən “Start a Fire” bəstəsi ilə “Avroviziya” Mahnı Müsabiqəsində Azərbaycanın təmsil edib. / Oxu.Az