Dilarə Müzəffərli: “Ən yaxşı ideya mükafatı  15 yaşlı  qıza verildi” - FOTOLAR

  • By admin
  • 06 Oktyabr 2016 14:10

dtr

Azərbaycan Mədəniyyət və İncəsənət Unuversitetinin müəllimidir,  Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında doktoranturada təhsil alır, sənətşunasdır, Rəssamlar İttifaqının üzvü, Prezident təqaüdçüsüdür.   

Gununsesi.info-nun xəbərinə görə sentyabrın 30-da V Bakı Beynəxalq Humanitar Forum çərçivəsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə  Muzey Mərkəzinin Sərgi qalereyasında  keçirlən  sərginin və “Tolerant  Azərbaycan Gənci” Layihəsinin rəhbəridir.

Dilarə xanım, layihənin keççirilməsində məqsəd nə idi?

Layihənin məqsədi Azərbaycanda yaşayan istedadlı gənc rəsam və heykəltaraşların , ümumilikdə yaradıcı gənclərin  Azərbaycanda mövcud olan tolerant multikultural mühitin geniş ictimaiyyətə çatdırılmasıdır. Eyni zamanda Azərbaycanda olan bu mühitin  geniş  məfhumda digər ölkələrdə də təqdimatı və tanıdılmasıdır.  Layhəni Gənclər Fondunun  qrant müsabiqəsinə təqdim etdim və Şura tərəfindən müsbət dəyərləndirildi. Bundan sonra müəyyən qurumlarla əməkdaşlığa başladım. Hələlik yerli istedadlarla işləyirik.  Burada sırf Azərbaycan gənclərinin iştirakı nəzərdə tutulurdu. Lakin daha sonra Azərbaycanda təhsil alan bir neçə ölkənin gəncləri də  bu layihəyə qoşuldular. Onlar da özlərində  tolerantlıq hissi duyduqlarından, eləcə də bizdə yaşayan xarici olkə vətəndaşlarına qarşı  gördükləri xoş münasibətdən bəlkə də özlərini azərbaycanlı kimi hiss edib, layihədə iştirak etdilər. “Tolerant Azərbaycan gənci” layihəsinin məqsədi ölkəmizdə mövcud olan milli, etnik, irqi, dini tolerantlığın geniş ictimaiyyətə çatdırılmasına yaradıcı gənclərin cəlb olunmasıdır. Bununla yanaşı, Azərbaycanın tolerantlıq modelinin dünyanın inkişaf etmiş ölkələrinə nümunə kimi təqdimatıdır.Layihə çərçivəsində ilk növbədə Bakıda yaradıcı gənclər arasında təsviri sənətin rəngkarlıq, qrafika və heykəltaraşlıq növləri üzrə müsabiqə elan olunub. Təqdim olunmuş 150-ə yaxın əsərdən təxminən 100-ü müsabiqəyə buraxılıb və Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda nümayiş etdirilib. Rəngkarlıq nominasiyası üzrə I yerə Zərnişan Yusifin müəllifi olduğu “Dini bərabərlik insan bərabərliyidir” əsəri, qrafika nominasiyası üzrə I yerə Nərmin Abdullayevanın müəllifi olduğu “Bir günəş altında” əsəri, heykəltaraşlıq nominasiyası üzrə I yerə Sənan Cəfərovun “Tolerantlıq” heykəli layiq görülüb

Bu sərgidə ilk dəfə iştirak edənlər həvəskarlar  var idimi?

-Bəli, var idi. Çünki biz bu layihdə təkcə rəssamlıq üzrə təhsil alanları deyil, həvəskarların da iştirak etməsinə yardımçı olduq.  Eyni zamanda  müxtəlif universitetlərin tələbələrinin də iştirak etməsinə etiraz etmədik. Layihənin şərtlərinə əasən, 16-35 yaş arası hər kəs bu müsabiqədə iştirak edə bilərdi.  Beləliklə, 300-dək istedadlı gənc öz əsəriylə  tamaşaçı qarşısına çxdı.

Onların hamısı peşəkar rəssamlıqla məşğuldurlar?

– Xeyir. Həvəskarlar da vardı. Onların arasından eləsi vardı ki,  ilk dəfə  sərgidə geniş ictimaiyyət qarşısında   çıxış edirdilər. Bu layihə həm də istedadlı gənclərin üzə çıxması üçün bir növ vasitəydi.

İndiyədək bu yöndə gənclərə dəstək layihələri həyata keçirilibmi?

-Bəli. İndiyədək gənclər arasında  “Gənc istedadlar”, “Ənənə və müasirlik” mövzusunda  müxtəlif sərgilər keçirilib. 2015-ci ildən isə toleyrantliq movzusunda  sərgilər təşkil edirik.  –

Sərgi qonaqlar tərəfindən necə qarşılandı?

-Çox müsbət qarşılandı. Xüsusilə də xarici qonaqlar tərəfindən. Onlar sərgiyə daxil olarkən  əsərlər onları valeh etdi. Çünki Azərbaycanda olan mühit əyani olaraq, onlara çatdırılırdı.

Sərgidə nümayiş etdirilən əsərləri şəxsi kolleksia üçün almaq  istəyənlər oldumu?

-Bəli, istəyənlər və maraq göstərənlər də oldu. Lakin biz layihə çərçivəsində satışla məşğul olmuruq. Maraq göstərənlər birbaşa müəlliflərə müraciət edirlər.

Dilarə xanım, bu movzuda layihələri yenə davam etdirəcəksinizmi?

– Təbii… Tolerantlıq movzusunda bu, bizdə 7-ci sərgidir. Bundan əvvəl isə Rəssamlar İttifaqında sərgi təşkil etmişik. Eləcə də Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycandakı toleyrant multikultural mühiti nümayiş etdirdik. Ən yaddaqalan hadisələrdən biri də Bakıda keçirilən  Avropa Oyunlarında Atletlər kəndində  keçirilən təsviri-sənət sərgisindəki yeganə Azərbaycan gəncinin sərgisi oldu. Orada müxtəlif ölkələrin və dinlərin nümayəndələri iştirak edirdi. Sərgi orada iştirak edən qonaqlar tərəfindən böyük maraqla qarşılandı. Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində  “Bilik günü” münasibətiylə də sərgi keçirdik.  YUNESKO-da keçirilən Beynəlxalq Forumda  iAzərbaycanı təmsil etdim. Orada mən belə bir təkliflə çıxış etdim ki,  belə bir layihənin – yəni dünyanın bir çox ölkılrində yaşayan gənclərin sərgisini təşkil edə bilərik.  Yəni YUNESKO-ya üzv olan ölkələrin gəncləri arasında  Tolerantlıq günündə – 16 noyabrda  YUNESKO-nun Baş Qərargahında keçirmək olar. Necəki Azərbaycanda bu müsabiqə elan olundu. Ən yaxşıları seçildi və kataloq hazırlandı, daha sonra sərgi keçirildi.  YUNESKO-da belə bir müsabiqə keçirsin,  Baş qəragahda nümayiş olunsun. Bu Azərbaycan tərəfindən təklif kimi verildi.

Təklif necə qarşılandı?

– Onlar tərəfindən müsbət qarşılandı. 2016-cı il ölkə prezidenti tərəfindən Multikulturalizm İli elan edilib. Bununlada bağlı müxtəlif mühüm tədbirlər keçirilir.   Uşaqlar arasında iyunun 1-də  6-16 yaş arasında sərgi keçirdik. Əsərləri müsabiq yolu ilə seçdik. Hər iki sərgi  Dini Qurumlarla İş Üzrə dövlət komitəsinin təşkilatçılığı  və multukuturalizm mərkəzinin təşkilatçılığı ilə  Muzey Mərkəzində keçirildi.

Bu sərgilərin məhdud çərçivədən çıxıb modern üsulla nümayişlərini də keçirirsinizmi? Deyək ki, metro və yeraltı keçidlərdə…

-Ola bilsin ki, gələcək üçün bu haqda düşünək.

Azərbaycanda rəssamların təbliğini necə dəyərləndirirsiniz?

-Azərbaycanda  müasir dövrdə rəssamlara çox böyük diqqət və qayğı var. Mütəmadi olaraq, çoxlu sayda sərgilər keçirilir. Ölkə daxilində və xaricdə Azərbaycan incəsənətinin təbliği və inkişafı üçün yaddaqaln tədbirlər həyata keçirilir. “Qız Qalası”  Beynəlxalq festivalları keçirilir. Burada yerli sənət adamlarıyla birlikdə xaricdən gələn sənət adamalrı da öz öşlərini nümayiş etdirirlər.

Tolerantlıqla bağlı belə sərgilərin dinlərin daha çox qovuşduğu ölkələrdə keçirilməsini də düşünürsünüzmü?

-Hal-hazırda “Tolerant Azərbaycan gənci” layihəsinin davamlı olaraq,  gənclər arasında  beynəlxalq  səviyyədə kçiriləcək.  Layihənin müəllifi və rəhbəri yenə mən olacam. Burada Rəssamlıq Akademiyasının, Mədəniyyət və İncəsənət Universitetinin  tələbələri də iştirak edəcək, eyni zamanda dünyanın müxtəlif ölkələrinin bü yönlü təhsil ocaqlarının tələbələri də.

Bu sərgidə müsabiqənin qalibləri  üçün  hansı dəstəklər göstəriləcək?

– Müsabiqədə 300-dək gənc iştirak etdi. Münsiflər onların təqdim etdiyi əsərləri arasından  seçim etdi. Münsiflər arasında rəssamlarla yanaşı miltukultural mütəxəsislər də vardı. Bu layihədə 6 nəfər fərqənən iştirakçı oldu. Onlardan 3-ü  1-ci yerə, 3-ü isə fərlənmə diplomu ilə təltif olundular. 1-ci yeri tutan qaliblər Vyanada təşkil ounan sərgidə təmənnasız  iştirak etmə hüququ qazandıar. İkinci dərəcəli diplomların sahiblərinə isə ən yaxşı ideya mükafatı verildi. Onların arasında 15 yaşlı gənc qız da vardı. O qrafika janrında  işləmişdi. Ona isə “Ən gənc istedad” xüsusi diplomu verildi.

Yeni layihələrinizdə  peşəkarlarında əl işlərinin sərgisini də təşkil etməyi planlaşdırısınızmı?

-Bəli. 6-16, 16-35 yaş arası insanların əl işlərinin müsabiqə və sərgisindən sonra növbəti layihə professional  Azərbaycan rəssamlarının  multikultural, tolerantlıq mövzusunda əsərlərindən ibarət sərginin keçirilməsini planlayırıq. Bu  layihə “Multukulturalizm diyarı Azərbaycan” adlanır. Burada 20-21 ci əsr rəssamlarının işləri nümayiş etdiriləcək. Bu da onu göstərir ki, Azərbaycanda multukultural ənənələr illərə, əsrlərə dayanır.

dtr1

Gülnaz Qənbərli

Gununsesi.info