Azərbaycan Dillər Universitetində dövlət imtahanı ilə bağlı Elmi Şuranın bu gün keçiriləcək iclasına təklif olunan layihənin detalları açıqlanıb.
Gununsesi.info-nun verdiyi məlumata görə, Universitetin təhsil fakültəsinin dekanı Fikrət Cahangirov bildirib ki, bu gün keçiriləcək Elmi Şuranın iclasına 2 təklifdən ibarət layihə veriləcək:
“Birinci variant odur ki, imtahan bir yazılı və 50 test sualından ibarət olsun, ikinci variant isə diplom işidir”.
Bunlardan biri Elmi Şuranın iclasında təsdiqlənəcək.
Qeyd edək ki, ADU tələbələri iki gün öncə keçirdikləri aksiyada 720 sualdan ibarət olan dövlət imtahanının ilin sonunda salınmasına etirazlarını bildirərək, onun ləğv edilməsini tələb edirdilər.
Gununsesi.info