Dillər Universitetinin tələbələri aksiya keçirir - REKTORUN ƏMRİNƏ ETİRAZ

  • By admin
  • 30 May 2017 12:33

1496132718-7734

Hazırda Azərbaycan Dillər Universitetində tələbələr aksiya keçirir.

Gununsesi.info-nun verdiyi xəbərə görə, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Tələbələr 7 il öncə ləğv edilən dövlət imtahanlarının yenidən bərpa edilməsinə etiraz edirlər.

Xatırladaq ki, narazılığa cavab olaraq universitet rəhbərliyi tələbələrin tələbinin əsassız olduğunu bildirmişdi:

“Dövlət imtahanı verməmək üçün şou yaradanların “arqument”lər əsassızdır. Ölkəmizdə dövlət imtahanı ilə bağlı bütün məsələlər Nazirlər Kabinetinin 24 iyun 2010-cu il tarixli 117 saylı qərarı ilə təsdiq edilmiş “Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları”na əsasən tənzimlənir. Həmin Qaydaların 2.13-cü bəndinə əsasən “Bakalavriat səviyyəsində ixtisaslar üzrə təhsil proqramları təhsilalanların dövlət attestasiyası ilə yekunlaşır:

“Qaydaların 2.15-ci bəndində isə göstərilir ki, “Yekun attestasiya bütün təhsilalanlar üçün məcburidir, onun hazırlanmasına və təşkilinə ayrılan müddət 6 həftədir”. Qaydaların 2.16-cı bəndinə görə “Yekun attestasiya ixtisas üzrə buraxılış yekun dövlət imtahanı (fənlərarası) və ya buraxılış işinin müdafiəsindən ibarətdir”.

Gununsesi.info