Dilqəm Əsgərov və Şahbaz Quliyevin dəyişdirilməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

  • By admin
  • 13 May 2020 19:13

“Girovluqda olan Dilqəm Əsgərov və Şahbaz Quliyevin səhhətilə bağlı məsələlərin diqqətdə saxlanılması Beynəlxalq Qırmızı Xaç Komitəsi vasitəsilə həyata keçirilir”.

Gununsesi.org-un məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

O qeyd edib ki, pandemiya səbəbindən “hamının hamıya” prinsipinin tətbiq edilməsinə çalışılır:

“Bu xüsusda danışıqları daha da sıxlaşdırmışıq ki, həmvətənlərimizin dəyişdirilməsinə nail olaq”.

Gununsesi.org