“Dilqəm və Şahbazla bağlı Parisdə baş verən olaya rəsmi reaksiya olmalıdır”- ELXAN ŞAHİNOĞLU

“Dilqəm və Şahbazla bağlı Parisdə baş verən olaya rəsmi reaksiya olmalıdır”

“Dağlıq Qarabağda girov saxlanılan iki vətəndaşımıza qarşı mənəvi və fiziki təzyiq edildiyi haqqında müxtəlif mənbələrdən məlumatlar daxil olur”.

Gununsesi.info-nun məlumatına görə bu barədə “Atlas” araşdırmalar mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, bundan sonra gərginlik yaranıb.

“Bu məsələni Beynəlxalq İnsan Haqları Komitəsinin Azərbaycan Nümayəndəliyi Parisdə yerləşən mərkəzi ofisin diqqətinə çatdırıb. Bundan sonra həngamə qopub. Fransadakı erməni lobbisinin nümayəndələri Beynəlxalq İnsan Haqları Komitəsinin ofisinə hücum edərək təşkilatın saytından Dilqəm Əsgərov və Şahbaz Quliyev haqqındakı ifnromasiyaların çıxarılmasını tələb ediblər.

Deməli, Avropanın göbəyində anti-demokratik addım atılır və buna ciddi reaksiya yoxdur. Halbuki, elə təşkilatın adından da görünür ki, insan haqları pozulan şəxslərin taleyi ilə maraqlanmalıdır. Bu onun vəzifəsidir. Erməni lobbisinin təmsilçiləri isə təşkilata təzyiq etməklə bu vəzifənin yerinə yetirilməsinə mane olmaq istəyirlər. Məncə, Parisdə baş verən olaya rəsmi reaksiya verilməlidir. Bəlkə də elə bu olaydan çıxış edərək Avropanın diqqətini iki girovumuzun taleyinə yönəldə bilərik”.

Gununsesi.info

COMMENTS