Erməni girovluğunda olan Dilqəm Əsgərov və Şahbaz Quliyev Azərbaycana təhvil veriləcək

  • By admin
  • 10 Noyabr 2020 15:33

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Ermənistanın baş naziri Nikol Paşinyanın və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Bəyanatının tam mətni açıqlanıb.

Bəyanatda qeyd edildiyi kimi, hərbi əsirlər, girovlar və digər saxlanılan şəxslərin, habelə cəsədlərin dəyişdirilməsi həyata keçiriləcək.

Gununsesi.info xəbər verir ki, məsələ ilə bağlı bağlı Unikal.org-a açıqlama verən “Konstitusiya” Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev bildirib ki, bu bəndə əsasən erməni girovluğunda olan Dilqəm Əsgərov və Şahbaz Quliyev Azərbaycana təhvil veriləcək. Hüquq müdafiəçi bildirib ki, bu anlaşma prosesi sürətləndirəcək.

Qeyd edək ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H.Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D.Əsgərov və Ş.Quliyev üzərində qanunsuz “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Dilqəm Əsgərov və  Şahbaz Quliyev Şuşadaki cəzaçəkmə müəssisəsində saxlanılırdı, Qarabağda müharibə başlayandan sonra onlar Ermənistana aparılmışdı.

 

Gununsesi.info