DİM boş qalan plan yerlərinə ərizə qəbulu elan edib - CƏDVƏL

  • By admin
  • 27 İyul 2017 12:53

dim-1

Dövlət İmtahan Mərkəzi (DİM) 2017/2018-ci tədris ili üçün rezidenturanın boş qalan plan yerlərinə ərizə qəbulu elan edib.

DİM-dən Gununsesi.info verilən xəbərə görə, ərizə qəbulunda rezidenturaya qəbul imtahanlarında iştirak etmiş və müsabiqə şərtini ödəmiş namizədlər iştirak edə bilər.
Müsabiqədə iştirak etmək istəyən namizədlər 28 və 29 iyul saat 10:00-dan 16:00-dək şəxsiyyəti təsdiq edən sənədin əsli və surətini təqdim etməklə, şəxsən  DİM-ə (ünvan: Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi 28, Bakı Asiya Universitetinin binası) müraciət edə bilərlər.

2017/2018-ci tədris ili üçün rezidentura üzrə boş qalan plan yerləri aşağıdakılardır:

311422

Gigiyena

2

311439

Epidemiologiya

2

313261

Narkologiya

1

313278

Ftiziatriya

1

313326

Gigiyena

2

313334

Epidemiologiya

3

324115

Ftiziatriya

1

*324123

Mikrobiologiya

1

332118

Narkologiya

3

*333114

Mikrobiologiya

1

333122

Gigiyena

2

333139

Epidemiologiya

2

339117

Psixiatriya

2

343118

Anesteziologiya-reanimatologiya

2

343183

Laboratoriya işi

1

*346115

Sosial gigiyena və səhiyyənin təşkili

1

361132

Uşaq cərrahiyyəsi

1

361149

Travmatologiya-ortopediya

1

361165

Psixiatriya

1

361198

Patoloji anatomiya, məhkəmə tibbi ekspertiza

2

*361246

Sosial gigiyena və səhiyyənin təşkili

2

*361254

Mikrobiologiya

1

362145

Travmatologiya-ortopediya

1

Qeyd olunub ki, * işarəsi qoyulmuş ixtisaslara müsabiqə “Rezidentura üzrə ixtisas seçimi cədvəli”nə (bax: “Rezidentura” jurnalı, №3, 2017, səh. 4) müvafiq olaraq istiqamətlər üzrə birgə aparılır. 2017/2018-ci tədris ilində rezidenturaya qəbul olmuş, o cümlədən qeydiyyatdan keçməmiş namizədlərin ixtisas seçməsinə icazə verilmir. Digər ixtisaslar üzrə plan yerləri tam dolub.

Gununsesi.info