DİM bu abituriyentlərə müraciət etdi

  • By admin
  • 08 İyul 2021 12:14

Dövlət İmtahan Mərkəzi xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyən abituriyentlərə müraciət edib.

DİM-dən verilən məlumata görə, ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul üçün aşağıdakı qabiliyyət imtahanı komissiyaları üzrə qeydiyyatdan keçən abituriyentlər buraxılış vərəqələrini çap edə bilərlər.

Ali təhsil üzrə

Komissiyanın adı Komissiyanın kodu
Aktyor sənəti 50
Rejissorluq 51
Operator sənəti 52
Bəstəkarlıq (NDU) 69
Fortepiano (NDU) 71
Orkestr alətləri (NDU) 72
Musiqişünaslıq (NDU) 73
Xalq çalğı alətləri (NDU) 74
Dirijorluq (NDU) 75
Musiqi müəllimliyi (NDU) 76
Musiqi müəllimliyi (GDU) 83
Musiqi müəllimliyi (LDU) 93
Xanəndəlik(NDU) 95
Milli vokal(NDU) 96

 

11 illik üzrə

Komissiyanın adı Komissiyanın kodu
İnstrumental ifaçılıq 43
Xalq çalğı alətləri 44
Xanəndəlik 45
Klassik vokal 47
Aşıq sənəti 59

9 illik üzrə

Komissiyanın adı Komissiyanın kodu
Təsviri sənət 211
Heykəltəraşlıq 212

Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

– imtahana buraxılış vərəqəsini;

– Sağlamlıq haqqında bəyannamə (buraxılış vərəqi ilə birlikdə çap edirsiniz və imzalayırsınız);

– şəxsiyyəti təsdiq edən sənədin əslini:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

– Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahana buraxılış vərəqəsi abituriyentin özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə çap olunmalıdır.

Musiqi sənəti və teatr, kino və xoreoqrafiya sənəti istiqamətlərinin ixtisasları üzrə qeydiyyatdan keçmiş abituriyentlərin səhifəsində “İmtahan proqramı” forması yerləşdirilir. Abituriyent ixtisasına uyğun olan formanı çap etməli, ifa edəcəyi proqramı həmin formaya yazmalı və qabiliyyət imtahanına gələrkən komissiyaya təqdim etməlidir.

İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır.

Gununsesi.info