DİM-dən qabiliyyət imtahanı ilə bağlı MÜRACİƏT

  • By admin
  • 23 İyun 2022 12:23

Dövlət İmtahan Mərkəzi (DİM) qabiliyyət imtahanlarında iştirak etmək istəyən konsertmeysterlərə müraciət edib.

DİM-dən verilən məlumata görə, musiqi sənəti üzrə xüsusi qabiliyyət imtahanlarında fərdi konsertmeyster kimi iştirak edən musiqiçilər iyunun 23-dən etibarən //eservices.dim.gov.az/wpfqab/ linki vasitəsilə qeydiyyatdan keçib, konsertmeysterin buraxılış vərəqəsini çap edib götürərək imtahan binasına gəlməlidirlər.

Bir konsertmeyster bir növbə ərzində ən çoxu üç abituriyenti müşayiət edə bilər. Konsertmeysterlər ali təhsil müəssisələrinin və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən aşağıdakı ixtisasları üzrə keçirilən imtahanlarda iştirak etmək üçün qeydiyyatdan keçməlidirlər.

İxtisaslar Komissiya kodu
İnstrumental ifaçılıq (alətlər üzrə) 20,21,22,23,31
Vokal sənəti (sahələr üzrə) 24, 25, 28
Populyar musiqi və caz ifaçılığı (sahələr üzrə) 26, 36
Dirijorluq (sahələr üzrə) 27
Bəstəkarlıq 29
Musiqi müəllimliyi 32
İnstrumental ifaçılıq (alətlər üzrə) 4302, 4402
Vokal sənəti (sahələr üzrə) 4701, 4702, 4501, 4502
İnstrumental ifaçılıq (alətlər üzrə) 220, 221, 222, 230
Vokal sənəti (sahələr üzrə) 223, 224
Aşıq sənəti 4102
Aşıq sənəti 227

 

Konsertmeysterlər əvvəlcə //ekabinet.dim.gov.az//  linkinə daxil olub şəxsi kabinet (kabineti olmayanlar) açmalıdırlarlar. Şəxsi kabinet açdıqdan sonra //eservices.dim.gov.az/wpfqab/ linkinə daxil olub şəxsi kabinetin istifadəçi adı və parolunu daxil etməklə konsertmeysterlərin qeydiyyat sisteminə daxil olmalıdırlar. Sistemə daxil olduqdan sonra “əlavə et” düyməsinə basmaqla açılan pəncərədə konsertmeysteri olduğu abituriyentin iş nömrəsini daxil edib “Axtar” düyməsini basmaq lazımdır. Abituriyentin məlumatları yükləndikdən sonra “Yadda saxla” düyməsini basmaq tələb olunur.

Abituriyentləri əlavə edib “Çap et” düyməsini basmaqla buraxılış vərəqəsini çap etmək lazımdır.