
Şəxsi həyatını mətbuatda müzakirə etməyi sevməyən Dima Bilan, yeni sevgilisini gizlətmək istəyib, lakin alınmayıb. Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, müğənni ilə keçmiş bek-vokalçısı Yuliya Lima arasında ciddi münasibət yaşanır.
Opera müğənnisi olan Yuliya, Dima ilə bir yerdə oxuyub, eyni zamanda əvvəllər ifaçı ilə birgə çalışıb. Sosial şəbəkədə “gəncliyimin dostu” deyərək qeyd edən Dima Bilan, səmimi foto şəkillərini paylaşıb. Lakin sonra məlum olub ki, onların arasında dostluq deyil sevgi münasibəti var. Birgə vaxt keçirmək istəyən cütlük söz-söhbətdən uzaq olmaq üçün Amerikaya yollanıb.
Gununsesi.info