DİN əməliyyat keçirdi: XEYLİ SİLAH-SURSAT GÖTÜRÜLDÜ

  • By admin
  • 28 Mart 2017 13:12

silah3

Ayrı-ayrı vətəndaşlar tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah, partlayıcı maddə və qurğuların aşkar edilərək yığılması məqsədilə daxili işlər orqanları tərəfindən əməliyyat-axtarış tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, Balakən Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən Talalar kəndində yaşayan Cahangir Balayevin evinə baxış zamanı müvafiq sənədləri olmayan “TOZ-16” markalı tüfəng və 23 ədəd patron aşkar edilərək götürülüb.

Bundan başqa paytaxtın Nizami Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Yardımlı rayon sakini Cəlal Vəliyevdən 1 ədəd nömrəsi silinmiş “Liama” markalı tapança, 1 ədəd nömrəsi silinmiş “AK” markalı silah və 13 ədəd avtomat patronu götürülüb.

Eyni zamanda İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Məmmədli kənd sakini Akif Kərimzadənin evinə baxış zamanı müvafiq sənədləri olmayan “TOZ-16” markalı tüfəng aşkar edilərək götürülüb.

Anar
Gununsesi.info