Xırdalan şəhər sakinindən silah-sursat götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş Ruslan Salahovdan “Makarov” markalı tapança, 8 ədəd patron və 1 ədəd patron darağı götürülüb.
Bundan başqa Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Salyan rayon sakini, əvvəllər məhkum olunmuş Bilal Hacıyevdən nömrəsi silinmiş “Naqan” markalı tapança götürülüb.
Anar
Gununsesi.info