DİN 3 nəfərin öldüyü dəhşətli hadisə barədə məlumat yaydı

  • By admin
  • 06 May 2021 14:33

Daxili İşlər Nazirliyi mayın 5-də saat 16 radələrində Qəbələ rayonunun Savalan kəndi ərazisində baş verən ağır yol qəzası barədə məlumat yayıb.

Gununsesi.info nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, Bum qəsəbə sakini T.Eyyubovun idarə etdiyi “Mercedes” və Göyçay rayon sakini Nəsib Yusifovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub.

Nəticədə N.Yusifov hadisə yerində, sərnişinlərindən Vilayət Yusifova, Dəniz Məmmədova xəstəxanada ölüb, digər 3 sərnişini, habelə T.Eyyubov və sərnişini xəstəxanaya yerləşdiriliblər.

Qəbələ RPŞ tərəfindən araşdırma aparılır.