DİN 5 nəfərin öldüyü hadisə ilə bağlı məlumat yaydı

  • By admin
  • 14 Mart 2022 12:28

Daxili İşlər Nazirliyi Cəlilabbadda baş vermiş dəhşətli yol qəzası ilə bağlı məlumat yayıb.

Gununsesi.info xəbər verir ki, martın 12-də saat 12 radələrində Cəlilabad rayonunun Sərhədabad kəndi ərazisində Saleh Məlikovun idarə etdiyi “VAZ-2107” və X.Rəhimovun idarə etdiyi “Mitsubishi” markalı avtomobillər toqquşub.

Nəticədə S.Məlikov və sərnişinləri Elçin Kərimov, onun həyat yoldaşı Gülnarə, Şura İmanova, onun qızı Gültəkin hadisə yerində ölüb, digər sürücü və 2 sərnişini xəsarət almış, vəziyyətləri orta-ağırdır.

Cəlilabad RPŞ-də araşdırma aparılır.

Gununsesi.info