Daxili İşlər Nazirliyi ötən gecə Bakıda baş vermiş dəhşətli yol qəzası ilə bağlı məlumat yayıb.
Gununsesi.info nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, aprelin 23-də saat 2 radələrində Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsi ərazisində Bakı şəhər sakini N.Nəbiyevin idarə etdiyi “BMW” və Kəlbəcər rayon sakini Rövşən Quliyevin idarə etdiyi “VAZ-21011” markalı avtomobillər toqquşub. Nəticədə R.Quliyev və sərnişini Mərifət Məmmədova hadisə yerində ölüb, digər sürücü və 2 sərnişininə xəstəxanada ilkin tibbi yardım göstərilib.
Suraxanı RPİ tərəfindən araşdırma aparılır.