DİN Bakıda keçirilən aksiya ilə bağlı məlumat yaydı

  • By admin
  • 11 Dekabr 2021 16:04

Daxili İşlər Nazirliyi bu gün Bakının mərkəzində keçirilmiş aksiya ilə bağlı məlumat yayıb.

Gununsesi.info-nun məlumatına görə, DİN-in Mətbuat Xidmətinin əməkdaşı Zeyni Hüseynov bildirib ki, bu gün – dekabrın 11-də saat 15 radələrində 8-10 nəfərdən ibarət bir qrup şəxs metronun “28 May” stansiyasının yaxınlığında ölkədə tətbiq edilmiş xüsusi karantin rejimi qaydalarına zidd olaraq, eləcə də icra hakimiyyəti orqanları ilə razılaşdırılmamış toplantı keçirməyə cəhd göstərib.

HTML tutorial

“Cəhdin qarşısı polis əməkdaşları tərəfindən alınıb və həmin şəxslər ərazidən uzaqlaşdırılıb. Saxlanılan olmayıb” – qurum rəsmisi bildirib.

Gununsesi.info