DİN bir qrup şəxsin aksiya keçirmək barədə çağırışlarına münasibət bildirib

Daxili İşlər Nazirliyinin iyulun 13-də bir qrup şəxsin Nazirlər Kabinetinin önündə aksiya keçirmək barədə çağırışlarına münasibət bildirib.

DİN Mətbuat Xidmətindən bildirilib ki, icra hakimiyyəti orqanları ilə razılaşdırılmamış hər hansı aksiyanın keçirilməsi yolverilməzdir. Ona görə də belə bir cəhd olarsa onun qarşısı alınacaqdır.

HTML tutorial

Bu zaman baş verə biləcək hər hansı insidentin məsuliyyəti qeyd olunan aksiyanın təşkilatçılarının üzərinə düşəcək.

Gununsesi.info