DİN dəhşətli qəza ilə bağlı məlumat yaydı

  • By admin
  • 26 May 2017 11:24
din
Daxili İşlər Nazirliyi (DİN) Bakıda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, mayın 25-də saat 21 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində Bakı şəhər sakinləri Elçin Musayevin idarə etdiyi “VAZ-2107”, Azər Hüseynovun idarə etdiyi MAZ və Mehrab Musayevin idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.
Nəticədə E.Musayevin sərnişinlərindən paytaxt sakini Mikayıl Məmmədov hadisə yerində ölüb, özü və digər 2 sərnişini xəstəxanaya yerləşdiriliblər. Sərnişinlərdən R. Paşayev orada ölüb, digərlərinin vəziyyətləri isə orta-ağırdır.
Faktla bağlı Qaradağ Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Gununsesi.info