Xəbər verditimiz kimi, bu gün bir qrup ictimai-siyasi fəal Səbail rayonundakı Fəvvarələr Meydanında aksiya keçirib.
Müxtəlif qruplardan ibarət fəalların daxil olduğu meydana yüzlərlərlə polis qüvvəsi cəlb olunmasına baxmayaraq, insanlara qarşı xüsusi zorakılıq qeydə alınmayıb.
Polis aksiya təşkilatçılarını ərazidən kənarlaşdırmaqla kifayyətlənib.
Buna baxmayaraq, bir qrup DİN-nin önünə qədər yürüş edə bilib.
Nazirlik qarşısında bəyanat səsləndirən fəallar hökumət qarşısında bir sıra tələblər irəli sürüb.
DİN-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev aksiya ilə bağlı açıqlama yayıb.
Açıqlamada deyilir:
Aksiya zamanı heç bir insident qeydə alınmayıb. Bəyanat oxunuşu ilə başa çatan aksiyada saxlanılan olmayıb.
Gülnar Məmmədli
Gununsesi.info