Daxili İşlər Nazirliyi kibertalamaya və kiberdələduzluğa qarşı maarifləndirici sosial videoçarx hazırlayıb.
Gununsesi.info xəbər verir ki, videoçarxda insanların dələduzların qurbanı olmaması üçün kartın 16 rəqəmini, bitmə tarixini, CVV və 3D kodunu heç kimə verməməsi bildirilib.
Qeyd edək ki, son vaxtlar ölkədə internet üzərindən dələduzluq və oğurluq hadisələrinin sayı artıb. Cinayət qurbanı olan şəxslər tez-tez sosial şəbəkələrdə başlarına gələn hadisələrlə bağlı paylaşım edirlər.