
Daxili İşlər Nazirliyi sabiq deputat Nazim Bəydəmirlinin saxlanılmasına dair açıqlama yayıb.
Gununsesi.info bildirir ki, nazirlik Bəydəmirlinin vətəndaş şikayətinə əsasən saxlanıldığını iddia edib:
“Vətəndaş Nazim Bəydəmirli vətəndaş müraciəti əsasında araşdırmaya cəlb edilib.
Belə ki, vətəndaş polisə müraciət edərək N.Bəydəmirlinin onun barəsində rüsvayedici görüntülərin olduğunu qeyd edərək ondan 50 min manat tələb etdiyini bildirib. O, cari il iyunun 24-də N.Bəydəmirliyə 10 min manat versə də, sonuncu qalan məbləği vermədiyinə görə şikyətçini ailəsi ilə şantaj edərək rüsvayedici görüntüləri yayacağını bildirib.
Hazırda N.Bəydəmirli bu müraciət əsasında saxlanılıb, araşdırmalar davam etdirilir”.
Qeyd edək ki, Gədəbəy Rayonunun Söyüdlü kəndindəki kəndində baş verənlərə reaksiyasına görə sabiq deputatın həbs olunacağına dair məlumat yayılmışdı.