DİN-dən qadını xilas edərkən huşunu itirən polislə bağlı AÇIQLAMA

  • By admin
  • 10 İyul 2017 10:40
2017-07-10-09-55-22ser
Ötən həftə Binəqədi rayonu Səttar Bəhlulzadə küçəsi 39 ünvanında məcburi köçkünlərin məskunlaşdığı beşmərtəbəli yataqxana tipli binada iki qadının həyatını xilas edən polisdən xəbər var.
Gununsesi.info-nun məlumatına görə, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən “Qafqazinfo”ya bildirilib ki, polis kiçik serjantı Əkrəm Dərxot hadisədən sonra dərhal xəstəxanaya yerləşdirilib. O A. Heydərəov adına Respublika Hospitalında bir gecə qalıb. Səhəri gün isə öz xahişi ilə yenidən Post Patrul Xidmətində işini davam etdirib. Səhhəti yaxşıdır.
Xatırladaq ki, Post-Patrul Xidməti Bölüyünün polis nəfəri, polis kiçik serjantı Əkrəm Dərxot 5-ci mərtəbədəki mənzillərdən birində köməksiz vəziyyətdə qalan 2 qadının həyatını xilas edib. Qadınlardan biri astma xəstəliyindən əziyyət çəkib. Həmin qadının dərmanı mənzildə qaldığı üçün, polis əməkdaşı növbəti dəfə həmin mənzilə qalxıb. Polis əməkdaşı dərmanı qadına verəndə huşunu itirib.

Gununsesi.info