“Yeni illə əlaqədar özəl endirim kimi saxta mesajlara inanmayın” -DİN-dən xəbərdarlıq

Daxili İşlər Nazirliyi (DİN) Yeni illə əlaqədar vətəndaşlara xəbərdarlıq edib.

Bu barədə Gununsesi.info-ya DİN-dən məlumat verilib.

Bildirilib ki, “Yeni ilə özəl endirimlər” kimi məzmunlu saxta mesajlara və yalan paylaşımlara etibar etmək olmaz:

“Tanınmış markaları və ya mağazaları təqlid edən saxta linklər üzərindən kart məlumatlarınızı paylaşmayın, Onlayn alış-veriş üçün rəsmi proqram və internet saytlarına üstünlük verin”.

 

 

 Gununsesi.info