DİN-dən 5 nəfərin öldüyü qəza ilə bağlı  AÇIQLAMA

  • By admin
  • 22 May 2023 10:57

Qobustanda yol qəzasında ölən şəxslərin adları açıqlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Modern.az-a bildirilib ki, bu gün səhər saatlarında rayonun Cəngi qəsəbəsi ərazisində “KİA” markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 1990-  cı il təvəllüdlü Məhərrəm Səmədov, 2000-ci il təvəllüdlü Əmrah Nuriyev, 1997-ci il təvəllüdlü Şəbnəm Səmədov, 2006-cı il təvəllüdlü Səmayə Talıbova və bir azyaşlı vəfat edib.

Xəsarət alan 1972-ci il təvəllüdlü Şölə  Nuriyeva isə Bakı şəhərində yerləşən xəstəxanalardan birinə göndərilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Gununsesi.info