DİN-dən aksiya çağırışları ilə bağlı AÇIQLAMA

  • By admin
  • 13 Dekabr 2021 22:19

Sosial şəbəkələrdə dekabrın 15-də saat 12:00-da paytaxtın Fəvvarələr Meydanında razılaşdırılmamış qanunsuz aksiya keçirmək barədə çağırışlar edirlər.

Gununsesi.info xəbər verir ki, buna münasibət bildirən DİN-in Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, belə çağırışlardan artıq xəbərdardırlar:
“Dekabrın 1-də olduğu kimi bu dəfə də ictimai asayişin qorunması məqsədilə müvafiq tədbirlər görüləcəkdir. Bu zaman yarana biləcək hər hansı insidentin məsuliyyəti qeyd olunan aksiyanın təşkilatçılarının üzərinə düşəcəkdir”.

Gununsesi.info