Daxili İşlər Nazirliyi (DİN) tanınmış vəkil Bəhruz Bayramovun mənzilinin qarət olunması ilə bağlı hadisəyə münasibət bildirib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov Gununsesi.info-ya açıqlamasında deyibki, oğurluq faktıla bağlı araşdırma aparılır və nəticəsi barədə məlumat veriləcək.
Xatırladaq ki, tanınmış vəkil Bəhruz Bayramovun mənzili qarət olunub.
Bakının Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində yerləşən həyət evinə naməlum şəxslər daxil olaraq əsas əşyaları aparıblar.
Vəkil bildirib ki, hadisə yerinə polis əməkdaşları çağırılıb.
Şəbnəm











