DİN-dən Qala divarlarının yazılması ilə bağlı AÇIQLAMA

  • By admin
  • 21 İyul 2022 19:58

Bir sıra KİV-də və sosial şəbəkələrdə İçərişəhərin Qala divarında törədilən vandalizm aktı barəsində məlumatlar yayılıb.

DİN Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov Modern.az-a bildirib ki, həmin yazılar bir müddət əvvəl yazılıb və bunu edən şəxslər saxlanılaraq məsuliyyətə cəlb olunublar.

Dövlət qoruğuna dəymiş maddi ziyan isə ödətdirilib. Lakin həmin yazıların təmizlənməsi xüsusi qaydada həyata keçirildiyi üçün xaricdən mütəxəssislər dəvət edilib. Hazırda onların gəlişi gözlənilir.

Gununsesi.info