DİN Eldar Sultanovun bacısı oğlu ilə bağlı məlumat yaydı

  • By admin
  • 11 Avqust 2017 14:00

eldar_sultanov_160315

Abşeronda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, avqustun 10-da saat 10:00 radələrində Abşeron rayonunun Saray qəsəbəsində yerli sakin Vüqar Cavadov idarə etdiyi “Hyundai” markalı avtomobillə yol kənarında duran Sumqayıt şəhər sakini Ramil Əliyevi vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Abşeron RPİ tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, qəzada dünyasını dəyişən Ramil Əliyev Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun bacısı oğludur.
Allah rəhmət eləsin!

Gununsesi.info