
Gədəbəy rayonunun Gər-Gər kəndində yol-nəqliyyat hadisəsi baş verib.
Gununsesi.info unikal.org-a istinadən bildirir ki, DİN-dən verilən məlumata görə, iyunun 3-də saat 19 radələrində Gədəbəy rayonunun Gər-Gər kəndində Kiçik Qaramurad kənd sakini Nail Qarayevin idarə etdiyi “VAZ-2107” və Hacalılar kənd sakini Aydın İsmayılovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub. Nəticədə hər iki sürücü, A.İsmayılovun 2 sərnişini xəstəxanaya yerləşdirilib, sürücülər orada ölüblər.
Gədəbəy RPŞ tərəfindən araşdırma aparılır.











