DİN: “İctimai asayiş nəzarət altındadır” - ÖZƏL

  • By admin
  • 16 İyul 2016 10:05

dinnn

 

“Azərbaycanda ictimai asayiş qorunur və daim nəzarət altındadır”. Bunu Gununsesi.info-ya Daxili İşlər Nazirliyi (DİN) mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov Türkiyədə baş verən hadisələrə münasibət bildirərkən deyib.

Qeyd edək ki, iyulun 15-də Türkiyədə hərbi çevrilişə cəhd baş verib. Rəsmi məlumata görə, çevriliş cəhdinə cəlb olunan hərbi helekopterdən açılan atəş nəticəsində 17 xüsusi təyinatlı polis və bir mülki şəxs həlak olub. Bundan başqa, TRT-nin inzibati binasını ələ keçirən əsgərlərdən 4 nəfəri öldürülüb. İstanbulda hərbi çevrilişdə iştirak edən bir zabit və 3 əsgər həbs olunub. Türkiyə Silahlı Qüvvələrinin 5 generalı və 29 polkovniki vəzifəsindən azad edilərək, saxlanılıb. Quru qoşunlar, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri tərəfindən çevrilişə dəstək verilməyib. Qiyamçıların istifadə etdikləri helekopterlərdən biri Türkiyə Silahlı Qüvvələrinin qırıcıları tərəfindən vurulub. Çevriliş cəhdinin tam aradan qalxmadığını nəzərə alan hakimiyyət əhalidən küçə və meydanları tərk etməməyi xahiş edib.

 

Gülnaz Qənbərli