DİN-in hərbçisi minaya düşdü

Daxili İşlər Nazirliyinin hərbi qulluqçusu işğaldan azad edilmiş ərazidə xidmətdə olarkən piyada əleyhinə minaya düşüb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, DİN-in bir hərbi qulluqçusu işğaldan azad edilmiş ərazidə xidmətdə olarkən piyada əleyhinə minaya düşüb və partlayış nəticəsində yaralanıb.

Xəsarət almış hərbi qulluqçu dərhal xəstəxanaya yerləşdirilib.

Gununsesi.info