DİN Kamerun vətəndaşının evində axtarış aparıb

  • By admin
  • 09 Fevral 2017 12:19

kamerun

Azərbaycanda dələduzluq cinayətinə görə tutulan Kamerun vətəndaşının evində axtarış aparılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən əcnəbi vətəndaş Aurelien Vanbonun Bakı şəhər sakini Məmməd Məmmədova məxsus 20 000 ABŞ dolları pulunu xüsusi kimyəvi vasitələrlə 40 000 ABŞ dollarına çevirəcəyi adı ilə aldadaraq ələ keçirməsi müəyyən edilib.

A.Vanbonun Xətai rayonu ərazisindəki yaşadığı evə baxış zamanı oradan kimyəvi maddələr və digər maddi sübutlar aşkar edilərək götürülüb.

Faktla əlaqədar cinayət işi başlanılıb.

Gununsesi.info