Daxili İşlər Nazirliyi azərbaycanlı kikboksçu Tulin Ələkbərovanın döyülməsi barədə yayılan xəbərlərə münasibət bildirib.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev Gununsesi.info-ya açıqlamasında bildirib ki, T.Ələkbərovanın döyülməsi barədə araşdırma aparılır:
“Sosial şəbəkələrdə yayılan həmin görüntülərlə bağlı araşdırma aparılır. Müraciət ərazi polis bölməsində icraata qəbul edilib. Müvafiq ekspertiza təyin olunub”.
Qeyd edək ki, ötən gün kikboksçu Tulin Ələkbərova “Instagram” hesabında sevgilisi tərəfindən ölümcül döyülməsi barədə paylaşım edib.
Gununsesi.info