XƏBƏR LENTİ

20 Fevral 2018

18 Yanvar 2018 - 12:54

DİN “Kürd Vüqar”ın törətdiyi qətllə bağlı məlumat yaydı- VİDEO

Daxili İşlər Nazirliyi Sarayda törədilən qətllə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumatda qeyd olunur ki, yanvarın 15-də Abşeron rayonunun Saray qəsəbəsindən qəsəbə sakini Muğan Şalikovun yıxılaraq kəllə-beyin travması alaraq xəstəxanaya yerləşdirilməsi barədə DİN-in “102 Xidməti-Zəng Mərkəzi”nə məlumat daxil olub.

Abşeron RPİ əməkdaşları tərəfindən aparılmış təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində M.Şalikovun həmin gün Saray qəsəbəsi ərazisində aralarında yaranmış münaqişə zəminində qohumu Vüqar Həsənov tərəfindən döyülməsi müəyyən edilib.

M.Şalikov yanvarın 17-də xəstəxanada ölüb.

Faktla əlaqədar cinayət işi başlanıb.

V.Hüseynov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Xatırladaq ki, “Kürd Vüqar” kimi tanınan Vüqar Hüseynov 2015-ci ilin iyun ayında Abşeron rayonunun Saray qəsəbəsində yaşayan qəsəbə bələdiyyəsinin sədri Vəsilə Əbdilhəsənova və onun həyat yoldaşı Vəfadar Əbdilhəsənovu evlərində qətlə yetirən Fəadail Hüseynovun qardaşıdır.

Gununsesi.info