DİN məlumat yaydı

  • By admin
  • 09 Yanvar 2017 11:11

din

Daxili İşlər Nazirliyi  (DİN) “Dəmirçi Plaza”da törədilən qətllə bağlı məlumat yayıb.

Gununsesi.info nazirliyin saytına istinadən verdiyi məlumata görə, yanvarın 7-də Xətai rayonu ərazisində yerləşən “Dəmirçi Plaza” MMC-yə məxsus binada icarə əsasında fəaliyyət göstərən “İraq Hava Yolları” şirkətinə məxsus ofisdə, sürücü – Bakı şəhər sakini Elşən Bəşirov münaqişə zəminində tüfəngdən atəş açaraq satış üzrə menecer – paytaxt sakini Əli Ağalını qətlə yetirib.

Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Bəşirov tutulub, hadisəni törədərkən istifadə etdiyi, müvafiq sənədləri olan “COBALT” markalı tüfəng götürülüb.

Gununsesi.info