DİN məhkəmə sədrinin saxlanmadığını deyir- AÇIQLAMA

  • By admin
  • 22 Aprel 2021 12:28

“Gəncə şəhərində məhkəmə sədrinin polisə aparılması və sonradan sərbəst buraxılması barədə Gununsesi.info saytında dərc olunmuş xəbər araşdırılıb və belə bir hadisənin baş vermədiyi bəlli olub. Ona görə də bu xəbər həqiqəti əks etdirmir”.

Bu sözləri Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev Gununsesi.info-nun “Məhkəmə sədrini polisə apardılar” başlıqlı xəbərinə münasibətində deyib.

Qeyd edək ki, həmin xəbərdə Gəncə Ağır Cinayətlər Məhkəməsi sədri Natiq Əliyevin sərxoş olduğu, karantin qaydasını pozduğu və ona yaxınlaşan polislərə müqavimət göstərdiyi üçün polis şöbəsinə aparıldığı deyilir:”Natiq Əliyevin məhkəmə sədri olması bəlli olduqdan sonra o, sərbəst buraxılıb”.