DİN Mehman Hüseynovun dronunun müsadirə olunmasını təsdiqlədi - ƏMƏLİYYAT MƏLUMATI DAXİL OLMUŞDU Kİ...

Daxili İşlər Nazirliyindən (DİN) bloger Mehman Hüseynovla bağlı açıqlama verilib.

Gununsesi.info xəbər verir ki, açıqlamada bildirilib ki, Mehman Hüseynovun istifadəsi üçün xüsusi icazə tələb olunan dron aparatını ölkəyə gətirməsi barədə əməliyyat məlumatı əldə olunub.

HTML tutorial

“Həmin məlumatın yoxlanılması məqsədilə bloger ötən gün saxlanılıb. Yoxlama zamanı ondan 1 ədəd dron aparatı aşkar edilərək götürülüb. Mehman Hüseynovun həmin aparatla haradasa çəkiliş etməsi barədə isə hazırda hər hansı məlumat yoxdur”, – məlumatda bildirilib.

Mehman Hüseynov DİN-in məlumatı ilə bağlı Meydan TV-yə bildirib ki, bu əməliyyat onun fəaliyyətini məhdudlaşdırmaq üçün qurulub. Çünki son vaxtlar korrupsioner məmurlar haqda araşdırmalar edir: “Dünən isə məni çəkiliş üstündə tutmayıblar. Drona gəldikdə, yenə də deyirəm, korrupsiya faktlarını araşdırmaq üçün drona da ehtiyac yoxdur. Mən qanunsuz saxlanılmışam və avadanlığım qanunsuz olaraq götürülüb. Heç dronla bağlı da heç bir rəsmi qadağa yoxdur. Qanunda qeyri-rəsmi olaraq boşluq kimi qalır. Güya dron almaq üçün icazə alınmalıdır. Bu olanların tək səbəbi mənim məmur villalarını çəkməyimdir. İstəyirlər o adət-ənənənin qarşısını alsınlar. Nəticədə məni izləyib, avadanlığımı götürdülər”.

Gununsesi.info