
“Mehman Hüseynovun hazırda harada olmasıyla bağlı bizdə heç bir məlumat yoxdur”.
Bu haqda Gununsesi.info-nun yanvarın 9-u axşam saatlarından gənc bloger Mehman Hüseynovun yoxa çıxması barədə sosial şəbəkələrdə yayılan xəbərlə bağlı sorğusuna Daxili İşlər Nazirliyi (DİN) mətbuat xidmətindən verilən cavabda bildirilib. Mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov qeyd edib ki, Mehman Hüseynovla bağlı yayılan informasiyalardan mətbuatdan xəbər tutub: “Hazırda araşdırma aparırıq”-,deyə o bildirib.
Qeyd edək ki, blogerin Avropada mühacir həyatı yaşayan qardaşı Emin Hüseynov yanvarın 9-da axşam saatlarından gənc blogger Mehman Hüseynovun yoxa çıxması barədə sosial şəbəkələrdə xəbərlər yayıb. Verilən xəbərə görə, Mehman Hüseynovun dostları ondan nə mobil telefon, nə də digər vasitələrlə xəbər tuta bilmirlər.
Emin Hüseynov isə bildirib ki, qardaşını kafedən çıxarkən bir neçə nəfər zorla, ağzını yumaraqaparıblar.
Mehmanın dövlət hüquq-mühafizə xidmətinin əməkdaşları tərəfindən həbs edilməsi və ya digər şəxslər tərəfindən oğurlanmasıyla bağlı hələ ki, məlumat əldə edilməyib.
Gulnaz Qənbərli
Gununsesi.info