Daxili İşlər Nazirliyi (DİN) Goranboyda pambıqçıları daşıyan avtobusun aşması barədə məlumat yayıb.
Gununsesi.info-nun nazirliyin saytına istinadən verdiyi xəbərə görə, oktyabrın 27-də saat 17 radələrində Goranboy rayonunun Nadirkənd kəndi ərazisində Sarovlu kənd sakini Sabir Mahmudov idarə etdiyi “İsuzu” markalı avtobusu aşırıb. Nəticədə S. Mahmudovun sərnişinlərindən 14 nəfəri xəstəxanaya yerləşdirilib, onlardan 11-nə ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb, digər 3 nəfərin müalicəsi davam edir.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Gununsesi.info