DİN rəsmisinin çağırışı cavabsız qalmadı - Foto

Xəbər verdiyimiz kimi, ötən gün Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəhbəri, polis polkovnik-leytenantı Elşad Hacıyev sosial şəbəkə səhifəsi vasitəsilə evində qanunsuz silah saxlayan şəxslərə müraciət edib.

Gununsesi.info-nun məlumatına görə, artıq DİN rəsmisinin çağırışına cavab verən vətəndaşlar var.

Belə ki, bu barədə E.Hacıyev növbəti paylaşımında bildirib:

“Söz verdiyimiz kimi – döyüş silah-sursatı könüllü təhvil ver və biz də təşəkkür edək. Bu baş verdi. Xətai rayonunda vətəndaşlardan biri 1 ədəd “Makarov” markalı tapança, 3 ədəd daraq, 108 ədəd müxtəlif çaplı patron, 2 ədəd əl qumbarası və 5 ədəd alışqanı təhvil verib”.