Azərbaycanda seçkilərin keçirilməsi üçün ictimai asayişin təmin edilməsi istiqamətində lazımi tədbirlər həyata keçirilir.
Gununsesi.info-nun xəbərinə görə, bunu daxili işlər nazirinin müavini, polis general-leytenantı İsmət Əliyev Mərkəzi Seçki Komissiyasında dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib.
O qeyd edib ki, seçkilərin keçirilməsinə mane olmaq istəyən qüvvələrin qarşısını almaq üçün zəruri tədbirlər grülür.
“İnzibati ərazilərədə və səsvermə günü seçki məntəqələrinin ətrafında vəziyyətə nəzarət ediləcək”, – deyə nazir müavini bildirib.
Gununsesi.info