Ötən ay Prezident İlham Əliyevin əfv sərəncamı ilə azadlığa buraxılan sabiq vicdan məhbusu Bayram Məmmədovun yenidən həbs edilməsi sosial şəbəkələrdə geiş müzakirə olunub.
Gənc fəal məhkəmə qərarı ilə “polisə müqavimətdə” günahlandırılaraq 30 azadlıqdan məhrum edilib.
Ancaq ictimai fəallar bunun inandırıcı olmadığını deyib.
Bu arada isə DİN Bayram Məmmədovun həbsi barədə açıqlama yayıb.
Nazirlikdən Gununsesi.org-a daxil olan məlumata görə, əfv fərmanı ilə azadlığa çıxan hər bir məhbusun qanunvericiliyə əsasən barəsində yığım işi açılır: “Bu, təkcə Bayram Məmmədova aid deyil, əfv edilən hər bir şəxsin borcudur ki, azadlığa çıxandan sonra ərazi polis orqanında qeydiyyatdan keçsin, müəyyən sənədləşmələr aparılsın. Bayram Məmmədov dəfələrlə çağırış və dəvətə baxmayaraq, polis bölməsinə getməkdən imtina edib. Belə olan halda, polis özü Bayram Məmmədovu gətirərkən yolda və sonra növbətçi hissədə əməkdaşların ünvanına ağır təhqirlər yağdırıb, polisə tabesizlik və müqavimət göstərib, polisin xidmətinə maneçilik yaradıb. Onun bu hərəkətləri sənədləşdirilib və hüquqi qiymət verilməsi üçün məhkəmə göndərilib”.
Gununsesi.org