DİN saxlanılan şəxsin Goranboy Polis Şöbəsində ölməsinə münasibət bildirdi

  • By admin
  • 27 Mart 2017 14:20

Daxili ishler

Daxili İşlər Nazirliyi Goranboy rayon Polis Şöbəsində baş verən ölüm hadisəsinə münasibət bildirib.

Nazirliyin mətbuat xidmətindən Gununsesi.info-ya bildirilib ki, Goranboy rayonunun Şəfibəyli kənd sakini Qafur Talıbovun şikayət ərizəsi əsasında Goranboy şəhər sakini Rəşad Qarayev izahat verərkən səhhəti qəfil pisləşib və göstərilən tibbi yardıma baxmayaraq, dünyasını dəyişib.

Hazırda faktla bağlı Goranboy Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Gununsesi.info