DİN silahlı insidentlə bağlı məlumat yayıb

  • By admin
  • 27 May 2017 12:24

din7

Füzuli rayonunun Araz Yağlıvənd kənd sakini xuliqanlıq zəminində açdığı atəşlə Mütəllim Muradova xəsarət yetirib.

Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, mayın 26-da Füzuli rayonunun Araz Yağlıvənd kəndi ərazisində kənd sakini Niyaməddin Hümbətov xuliqanlıq zəminində rayon sakinləri Fəxri Balakişizadə və Əliabbas Musayevin istiqamətində tüfəngdən atəş açıb. Bu zaman yaxınlıqda dayanan həmkəndlisi Mütəllim Muradov əlindən xəsarət alıb.

N.Hümbətov Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tutulub və ondan hadisəni törədərkən istifadə etdiyi, müvafiq sənədləri olmayan “Maqnum” markalı ov tüfəngi götürülüb.

Anar

Gununsesi.info