Daxili İşlər Nazirliyi (DİN) Şirvanda baş verən bıçaqlanma hadisəsi barədə məlumat yayıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan sayta sorğusuna cavab olaraq bildirib ki, bu gün saat 18 radələrində Şirvan şəhər sakini, 2009-cu il təvəllüdlü Ü.Ş. aralarında yaranmış mübahisə zəminində tanışı, 2010-cu il təvəllüdlü Ş.A-ya bıçaqla xəsarət yetirib. Sonuncu aldığı xəsarətlərdən Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq Bölməsində araşdırmalar aparılır.
Gununsesi.info