DİN sosial şəbəkə istifadəçilərinə və jurnalistlərə səsləndi

“Azyaşlılarla bağlı zorakılıq məzmunlu məlumatları, görüntüləri yaymayın”. Gununsesi.info xəbər verir ki, bunu DİN -nin şöbə rəisi Elşad Hacıyev deyib. Ö, daha sonra əlavə edib:

“Bu tövsiyədir, xahişdir. Anlaşılandır ki, bu məlumatları yaymaqda məqsədiniz tədbirlərin görülməsidir.

Hər bir fakt üzrə Daxili İşlər Nazirliyi tərəfindən bütün zəruri tədbirlər görülür, daxil olan məlumatlara çevik reaksiya verilir.

Hansısa sual varsa bunu açıq platformada yox, şəxsidə soruşub aydınlaşdıra bilərsiniz.

DİN-in sosial şəbəkə seqmentləri və zəng mərkəzləri fasiləsiz fəaliyyət göstərir. Nazirliyinin növbətçi hissələrinə daxil olan bütün məlumatlar mətbuat xidmətinə fasiləsiz inteqarasiyası təmin olunur”.

Gununsesi.info